Almaniya ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar ayında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni ayına nisbətdə 58 526,76 min ABŞ dolları və ya 57,3 faiz artaraq 160 662,88 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk ayında Almaniyadan Azərbaycana 65 606,45 min dollar dəyərində məhsul idxal edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 17 414,64 min dollar və ya 36,1 faiz üstələyir.
Hesabat dövründə Azərbaycandan Almaniyaya ixrac edilən məhsulların dəyəri isə 76,2 faiz və ya 41 112,12 min dollar artaraq 95 056,42 min dollar təşkil edib.
Qeyd edək ki, yanvar ayının yekunlarına görə, Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında yer alıb. Cari ilin ilk ayında ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 4,88 faiz təşkil edib.