"Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsini başa çatdıracağıq"

 

"Gələn il biz Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsini başa çatdıracağıq”,

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, aparılan genişləndirilmə nəticəsində yükdaşıma qabiliyyəti bir milyon tondan beş milyon tona qədər artacaq:

“Azərbaycan hazırda Bakı-Tbilisi-Qarsın dar hissələrindən birinin genişləndirilməsinə sərmayə qoyur - bu hissə Gürcüstanda yerləşir. Nəticədə yükdaşıma qabiliyyəti bir milyon tondan beş milyon tona qədər artacaq. Azərbaycan tərəfindən əlavə investisiyalar 120 milyon dollar təşkil edir. İnşallah, gələn il bu işi başa çatdıracağıq”, - deyə İ. Əliyev bildirib.

Əliyev həmçinin qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz deyil, həm də “yaşıl enerji” ixrac edəcək ölkəyə çevriləcək.