Dövlət büdcəsində 2,22 milyard manat qalıq yaranıb

Azərbaycan Respublikasının 2023-cü ilin ilk iki ayında dövlət büdcəsinin profisiti 2 milyon 217.2 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 27.1% artaraq 5 milyard 877.6 milyon manat, dövlət büdcəsinin xərcləri 36.3% artaraq 3 milyard 660.4 milyon manat təşkil edib.

Başqa cür desək, 2023-cü ilin dövlət büdcəsinin iki ay ərzində icrası nəticəsində 2,22 milyard vəsaitə qənaət edilib, yəni bu qədər vəsait artıq qalıb.