"Azərbaycan Sənaye Sığorta” ASC ötən ili zərərlə başa vurub
“Azersun Holding” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC 2022-ci ili 2.48 mln. manat xalis zərərlə tamamlayıb.
Bu barədə məlumat sığorta şirkətinin audit hesabatında yer alıb.
Sığorta şirkətinin cəmi gəlirləri 2021-ci ildə 13.3 mln manat olduğu halda, 2022-ci ildə bu 10.05 mln. manata düşüb.
Cəmi xərcləri isə 2021-ci ildə 10.82 mln. manat olduğu halda, 2022-ci ildə artaraq 12.53 mln. manata yüksəlib.
Beləliklə, 2.48 mln. manat xalis zərər edib. 2021-ci ildə sığortaçı 1.98 mln. manat xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.