Transfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik

- bu Məcəllənin 14.6.3.1-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən;

- bu Məcəllənin 14.6.3.2-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

- rentabellilik üsuluna əsasən;

- mənfəətin bölgüsü üsuluna əsasən.

Qanunvericilikdə edilən son dəyişikliyi iqtisadçı ekspert Anar Bayramov “vergiler.az”a şərh edir.

İlk 3 üsulda dəyişiklik olmasa da sonuncu-mənfəətin bölgüsü usuluna dəyişiklik edilib. Dəyişikliyə qədər, mənfəətin bölgüsü üsuluna əsasən, malların (işlərin, xidmətlərin) transfer qiyməti eyni müəssisə qrupunun üzvü olan bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin qrupun həmin əməliyyatlardan əldə etdiyi məcmu mənfəətindəki xüsusi çəkisinin bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilirdi.

1 yanvar 2023-cü il tarixə qədər qüvvədə olan üsula aid misal təqdim edək:

Misal: “Parent Co” şirkəti özünün “Subsisiary Co” (Azərbaycan) törəmə şirkəti ilə birgə üçüncü tərəfə 1.200.000 manat müqabilində xidmət təqdim edir. Xidmətin təqdim edilməsi ilə bağlı 900.000 manat məbləğində ümumi xərc çəkilir və ümumi mənfəət 300.000 manat təşkil edir. Bu mənfəətdən 120.000 manat törəmə şirkətdə qalır, qalan hissəsi - 180.000 manat isə baş ofisə köçürülür. Bu müxtəlif səbəblərlə, məsələn, xidmətin baş ofisin işçiləri tərəfindən göstərilməsi, törəmə şirkətin qeyri-maddi əmlakdan istifadə etməsi, daha az funksiya və ya risk daşıması və s. ilə əsaslandırıla bilər.

Müəssisələr qrupu:

Həmin əməliyyatdan törəmə şirkətin payının ümumi mənfəətdə xüsusi çəkisi 40 faiz (120.000 / 300.000), baş ofisin payı isə 60 faiz təşkil edir.

Bu halda törəmə şirkətin ümumi mənfəətdəki xüsusi çəkisi müstəqil şəxslər arasında olan müəssisələr qrupunu eyni göstərici ilə müqayisə edilməlidir.

Oxşar əməliyyatlara və müvafiq məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən, müəyyən edilir ki, eyni və ya oxşar xidmətləri təqdim edən digər 2 müstəqil müəssisələr qrupunda mənfəətdəki xüsusi çəki 50/50 faiz şəklində bölünür. Bu halda, Azərbaycandakı törəmə şirkətin ümumi mənfəətdəki xüsusi çəkisi 40 faiz deyil, 50 faiz götürülür və nəticədə mənfəət vergisi 150.000 manatdan hesablanır.

1 yanvar 2023-cü il tarixdən mənfəətin bölgüsü üsuluna fərqli yanaşma tətbiq edilir. Belə ki, mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir. Dəyişiklikdən göründüyü kimi, artıq transfer qiymətinin digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilməsi həyata keçirilməyəcək.

Bəs hansı yeni əməliyyatlar zamanı transfer qiyməti tətbiq ediləcək?

2023-cü ilin 1 yanvarından Vergi Məcəlləsinə əlavə edilən 14.1-10-cu maddəyə əsasən, qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması bu maddəyə əsasən müəyyənləşdiriləcək.

Mənbə: “Vergi qanunvericiliyi və şərhlər toplusu - 2023” adlı kitab

0.038470983505249