Rus buğdası 20 dollar ucuzlaşdı

Gələn il məhsuldarlıq 20% arta bilər

İyul-avqust ayları üçün 12,5% zülallı Rusiya buğdasının ixrac dəyəri bir ton FOB üçün ucuzlaşaraq, 370 dollara düşdü.

Rusagrotrans analitik mərkəzinin rəyinə əsasən, bu, əvvəlki həftədən 20 dollar aşağıdır. Rəqabət edən ölkələrdə qiymətlər Rusiyadan da aşağı düşüb.

Beləliklə, Amerika SRW buğdasının orta qiyməti də 43 dollar azalaraq bir ton FOB üçün 316 dollara, 11,5% zülallı fransız buğdasının bir ton FOB üçün 364 dollara (-23 dollar/t), Almaniya buğdasınin qiyməti isə bir ton FOB üçün 371 dollara (-20 dollar /t) düşüb.

Analitiklərin fikrincə, buğdanin bazar qiyməti fevral ayı səviyyəsinə düşüb. Buna Kanadada geniş buğda əkini sahələri, ABŞ-da yazlıq buğdanın vəziyyətinin kəskin yaxşılaşması və Rusiyada rekord buğda məhsulu yığılması ilə bağlı proqnozlar kömək edib. Bununla bərabər bazarlar hələ də Avropada yeni bir koronavirus dalğasının təzyiqi altındadır.

Rusagrotrans-a görə, Kanadada yazlıq buğda sahəsi bir il əvvəlki 9,5 milyon hektardan 10,3 milyon hektara qədər artib. Halbuki orta proqnoz gözləntiləri 10 milyon hektar idi. ABŞ-da yaxşı və əla növdən olan yazlıq buğdanın xüsusi cəkisi 66%-ə yüksəlib (bir həftə əvvəl 59%, keçən il 16%, bazar gözləntiləri - 59%).

Dərin su limanlarında 12,5% proteini olan 4-cü dərəcəli buğdanın qiymətləri ƏDV-siz (-600 rubl/t) 14,200-14,600 rubl/t-a düşüb. 

Misir GASC, özəl danışıqlar çərçivəsində sentyabr-oktyabr aylarında 444 min ton buğda tədarükü ilə bağlı müqavilə bağladı. Bunun 214 min tonu rus, 170 min tonu fransız və 60 min tonu Rumıniyanın payına düşür. Bu müqavilə üzrə qiymət 416$/t təşkil edir.. Qara dəniz limanlarında isə qiymətlər həmin vaxt ortalama təqribən 370-375 dollar/ton təşkil edib.


İcmalda deyilir ki, daxili bazarda qiymətlər yüksək məhsul perspektivləri fonunda azalmağa davam edib. Belə ki, EXW Mərkəzində 12,5% zülallı 4-cü sort buğdanın qiymətləri ƏDV-siz 13700-13900 rubl/t (-300 rubl/t), Volqa bölgəsində 12500-13200 rubl/t-a düşüb. (-500 rub./t), cənubda isə 12300-12500 rub./t səviyyəsində qalıb. Sibirdə orta hesabla EXW liftinin hesablaşma qiyməti 14 450 rubl/t (öncəki həftə ilə müqayisədə +350 rubl/t) qədər artıb.

“Emalçıların fəaliyyəti aşağıdır, lakin iyulun 1-dən Aİİ ölkələrinə buğda ixracına qoyulan qadağanın sona çatması fonunda Qazaxıstan və Qırğızıstandan tələbat canlanıb”, - analitiklər bildiriblər.