OPEC+ alyansının qərarı ardınca neftin qiymətində “sıçrayış”
Bazar ertəsi neft qiymətləri Səudiyyə Ərəbistanı və digər OPEC+ istehsalçılarının gözlənilməz hasilatın azaldılması qərarını elan etməsindən sonra yüksəldi.
Brent markalı neftin fyuçersləri gündəlik hasilatın təxminən 1.16 milyon barrel azalacağı ilə bağlı xəbərlərdqn sonra 4.30 dollar artaraq 84.19 dollara, ABŞ xam nefti isə 4.17 dollar artaraq 79.84 dollara çatıb.
Dəyişiklik Səudiyyə Ərəbistanı və Rusiyanın da daxil olduğu OPEC+ nazirlər panelinin virtual iclasından əvvəl edilib.
Hazırkı qərar o deməkdir ki, neft bazarları potensial olaraq may ayından qlobal neft tədarükünün təxminən 1%-i və ya daha çoxunun azalsılmasına səbəb ola bilər. Həm də, OPEC+ neftin qiymətinin düşməsinə reaksiyasız olacağı da inandırı görünmür.
“Pickering Energy Partners” investisiya firmasının rəhbəri dünən deyib ki, son azalmalar neftin qiymətini bir barel üçün 10 dollar qaldıra bilər.
Nüfuzlu “Goldman Sachs” Brent nefti üçün proqnozunu ilin sonuna kimi 95 dollar/barelə, 2024-cü il üçün isə 100 dollara qaldırıb.