Gürcüstanın avtomobil bazarında təlatüm
Avtomobil ticarəti ilə məşğul olan bir qrup şəxs Tbilisidə parlament önündə aksiya keçirib
Məlum olduğu kimi, zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərardan sonra, Gürcüstanda avtomobil ticarəti ilə məşğul olan şəxslər ciddi problemlərlə qarşılaşıblar.
Belə ki, bir çox təkrar avtomobil ixracı ilə məşğul olan şəxslər hazırda Amerikadan və digər ölkələrdən sifariş verdikləri avtomobiləri, qeyd olunan 30 gün ərzində Azərbaycanın avtomobil bazarına yetişdirə bilməyəcəklərini bildirirlər. Bu isə həmin ticarətçilərin gəlirlərinə mənfi təsir edəcək.
Ötən gün bir qrup Gürcüstan vətəndaşları ölkə parlamentinin qarşsında aksiya keçirərək dövlətdən sözügedən məsələ ilə bağlı kömək istəyiblər.
Onlar martın 29-dək sifariş verdikləri və hazırda yolda olan avtomobillərdən ən azı vergi tutulmamasını və ya azərbaycan tərəfinin həmin tarixədək alınan avtomobillərin buraxılmasını isdədiklərini bildiriblər.