BVF Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb


Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üçün 2023-cü il üzrə iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırır.

Bu barədə BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında dərc edilən hesabatda bu il ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılırdı.

2024-cü il üçün isə Azərbaycanda iqtisadiyyatın 2,6 faiz artacağı proqnozlaşdırılır.

Həmçinin ölkə üçün verilən proqnozlarda cari hesablar balansının müsbət olacağı və cari hesab balansı üzrə profisitin ÜDM-ə nisbətinin 19,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da region ölkələri ilə müqayisədə çox yüksək göstəricidir.