İsraillə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi 111 976,36 min ABŞ dolları və ya 33,1 faiz artaraq 450 034,91 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk üç ayında Azərbaycandan İsrailə 446 578,10 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 116 121,88 min dollar və ya 35,1 faiz üstələyir.
İsraildən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 54,5 faiz və ya 4 145,51 min dollar azalaraq 3 456,81 min dollar təşkil edib.
Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsraillə ticarətin payı 3,82 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,72 faiz bəndi çoxdur.