Rusiya buğdası 275 dollardan aşaği satılır
Rusiyanin daxilində tələbat az olduğundan buğdanın qiyməti aşağı düşüb
"SovEcon" Mərkəzinin ekspertlərinin hesablamalarına görə, apreldə Rusiya buğdasının ixracı ilkin olaraq 4,2-4,5 milyon ton səviyyəsində qiymətləndirilir ki, bu da ayın rekord göstəricisinə yaxındır. Rusiya buğdasının ixracı daxili qiymətlərin düşməsi və dünya bazarlarının stabilləşməsi fonunda sürətlənir.
Aprel ayında proqnozlaşdırılan ixrac həcmi yalnız bu dəfə rekord 5 milyon ton ixrac edildiyi 2020-ci ilin aprel ayı səviyyəsindən sonra ikinci ola bilər. Daha sonra rüsumların tətbiqi fonunda ticarətçilər gələcək tədarüklər üçün aktiv şəkildə gömrük bəyannamələrini tərtib etməyə başladılar.
Daxili qiymətlərin düşməsi fonunda ixrac sürətlənir. Aprelin 6-da üçüncü dərəcəli rus buğdasının qiyməti 11 475 rubla (246,75 manat/ton) düşüb. Sonuncu dəfə belə aşağı qiymət 27 noyabr 2019-cu ildə qeydə alınıb. Qiymətlərin ucuzlaşmasının əsas amilləri ehtiyatların çoxluğu və ölkə daxilində buğdaya tələbatın az olmasıdır.
Buğdanın ixrac qiymətləri isə əksinə sabitləşib. Bundan əvvəl xəbər agentlikləri Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin ixracatçılara buğdanı 275 dollar/tondan aşağı qiymətə satmağı tövsiyə etmədiyini bildirmişdilər. GASC-nin sonuncu tenderində Rusiya buğdasının minimum qiyməti $275/ton olub.
Aktiv ixrac və treyderlərin artan tələbi qiymətləri, ilk növbədə cənubda qiymətləri bir qədər artıra bilər.