İranda əkinçilər hökumətdən pulunu ala bilmir
İranda buğda əkən fermerlər götürdükləri məhsulu dövlətə satıb, amma pulunu ala bilmir
Buğda tədarükü haqqında razılaşmaya görə, dövlət əkinçidən aldığı buğdanın pulunu 24 saat ərzində əkinçiyə ödəməlidir.
Fermerlər deyirlər: "Məhsulu bir neçə gündür təhvil vermişik, amma, pulumuzu hələ də ödəmirlər".
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi fermerlərdən üzr istəyərək həftə sonunadək pulların hesablara köçürüləcəyini bildirir.