Aqrar sektorda 23 milyon manat güzəştli kredit verilib
Bu ilin yanvar- aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2027 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1037 fiziki və hüquqi şəxsə 23 milyon manat məbləğində güzəştli kredit verilib ki, bunun 18,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 0,3 milyon manatı güzəştli kreditlər, 4,4 milyon manatı isə mikrokreditlərdir.
Cari ilin ilk dörd ayında AKİA tərəfindən 1177 baş damazlıq heyvanın (301 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 1,4 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 27,7 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.