ARDNŞ-ın "Günəşli" yataği məhv edilir! - SOS!
ARDNŞ-ın "Günəşli" yataği məhv edilir!
ARDNŞ-ın neft və qaz çıxarma platformalarında çalışan mütəxəssislər həyacan təbili çalır. Neftçilər yazır ki, sahə üzrə məsul şəxslərin isə məsuliyyətsiz yanaşir, problemlərin araddîrılmasına və həll edilməsinə diqqət yetirmirlər:
- "Sizə məhv edilmək ərəfəsində olan neft sənayemizdən danışmaq istəyirəm. "28 May" NQÇİ-nin "Günəşli" yatağında neft-qaz hasilatnı bilərəkdən məhv edirlər. Normal hasilatlı ikicərgəli quyuları perspektivsiz və elmi əsası olmayan üsul ilə üçcərgəli quyuya çevirib məhv edirlər. Məsələn, gündə 30 m³ kondensat, 150.000 min m³ qaz hasil edilən ikicərgəli quyunun fəaliyyətini dayandırıblar. Quyuya yuxarı horizondan yeni süzgəc açırlar. Güya iki süzgəclə işlədib hasilat almaq istəyirlər. Amma əslində quyunu məhv edirlər. Axı niyə başa düşmürlər ki, bir horizontda problem yarananda işləyən digər quyunu da dayandîrmağa məcburdurlar. Hazırda 13, 19, 7 və 8 saylı özüllərdə yüksək qaz hasil edən quyuları dayandırıb, əlavə süzgəc qoymaq adı ilə məhv elədilər. Başa düşmürlər ki, quyuda qəzalı boru oala-oala quyunu istismar etmək mümkün deyil. Planı doldurmaq üçün nizamlayıcını artırıb layda depressiya yaradıb, layı məhv edirlər. DDÖ-13-də hər gün 130.000 m³ qaz hasil edən quyunu üçcərgəli quyuya çevirmək üçün dayandırdılar. Bu yolla neft sənayemizi məhv edirlər.
Sosial təminat cəhətdən də geriyə gedirik. Vaxt-vaxtında paltar, ayaqqabı, əlcək, sabun və lazımı sosial təminatımız ödənilmirr. Adam var ki, 2016-cı ildən paltar almır, işçı var ki, 2019-cu ildən bəri qış gödəkçəsi almır. Üç ildir isitmə-soyutma sistemi işləməyən özüllər var, qışda soyuqdan, yayda istidən istirahət edə bilmirik. Nazas mexanizminləro təmir etmək ıçün avadanlıq gəlmir. Dərimizi kimə deyək? Niyə araşdırılmır? Niyə neft sənayemiz məhv olujur? Niyə işçilərə belə biganə yanaşırlar?
Helikopter tüstüləyir heç kəsin vecinə deyil. Özləri lüks yerlərdə istirahət edir, amma bizə lazımı qayğı göstərilmir. Həmkarlar İttifaqı sədri özünə aid işlə maraqlanmır, gedib sahədə torpağa bulaşmış neft axtarır, buna görəb irad tutur. Axı onun işi sahədən irad tutmaq deyil. Onun işi bizim haqlarımızı, hüquqlarımızı qorumaqdır.
Dediyimiz kimi, "Günəşli" yataqını sistemli şəkildə məhv edirlər. Heç kəs səsini çıxarmır. Sual verən də yoxdur ki, ikicərgelidən üçcərgəliyə çevirdiyiniz hansı quyudan hasilat əldə edə bilmirsiniz. Nəticələrin hamısı uğursuzdursa, niyə bu prosesi davam edirsiniz? Belə biganəlikdən artıq cana döymuşuq".