AİİB-nin Beyleqandakı layihəsi bəhər mərhələsində

Agentlik tərəfindən maliyyələşdirilən layihədən uğurlu nəticələ gözlənilir

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən “Azad İstehlakcılar”İctimayi Birliyinin (AİİB) rəhbərliyi vasitəsilə Beyləqan rayonunda həyata keçirilən   “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla davam edir.Layihə də nəzərdə tutulduğu kimi, beş Vətən Müharibəsi Qazisinin həyətyani sahəsində damcılı suvarma ilə təchiz olunmuş istixanalar quraşdırılmışdır.Artiq məhsul un yetişməsi və yiğımı gözlənilir.
İstixana quraşdırılması üzrə layihə hədəf qrupu aşağıdakı qazikərdən ibarətdir.


Layihədən faydalanan qazi:

1. Səfərov Orxan Şamil oğlu
Beyləqan şəhəri;

2. Həsənov Orxan Həsən oğlu
Beyləqan şəhəri;

3. Əliyev Əmrah Natiq oğlu
Beyləqan rayonu, Əlinəzərli kəndi;

4. Quliyev Türkay Səxavət oğlu
Yeni Xocavənd qəsəbəsi;

5. Quliyev Elgün Niyazi oğlu
Füzuli-Qayıdış 3;

6. Əhmədov Yusif Sadalı oğlu
Füzuli-Qayıdış 3.

Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırıldı.


Vətən Müharibəsi Qaziləri üçün qurulmuş 5 ədəd hər biri 5m X 20m ölçülü istixanalarda pomidor şitillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı əladır. Pomidor çiçəkləmə fazasından barvermə fazasına keçmişdir. Xiyar əkənlər isə artıq iki həftədir ki, məhsuldan istifadə edirlər. Paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafına dair bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq-davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimləri keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir. 
Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri keçirilmişdir. 
20 may 2023-cü il tarixdə Beyləqan RİH başçısı aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər etdilər. Görülən işləri çox bəyəndilər və layihədən faydalananlara daha yüksək məhsuldarliq əldə edilməsinə dair zəruri məsləhətlər verdilər.
Növbəti mərhələdə layihənin fəaliyyət planında nəzərdə tutulmasa da faydalananların çarpaz görüşünün keçirilməsi planlaşdırılır.
Layihənin icrası coxsaylı media platformalatında ictimailəşdirildiyi ücün AİİB-ə Respublikanın diğər rayonlarından da müraciətlər olunur və uyğun layihənin digər Vətən müharibəsi işyirakcılarının həyətyani sahələrində quraşdırılması istənilir.
Vətən müharibəsi iştirakçılarının məşğulluğunun təmini və gəlirinin artmasına cüzi də olsa təsir edə bilən bu layihənin digər Vətən müharibəsi iştirakcılarının həyətyani sahəsində icrasında AİİB-in rəhbərliyi ilə QHT koalisiyasında təmsil olunan layihə əməkdaşları təmənnasız olaraq istənilən biznes qurununa, Qeyri-Hökumət təşkilatına kömək etməyə hazırdır!


Layihənin rəhbəri: Eyyub Hüseynov