Qaza görə cərimə hansı metodikaya əsasən hesablanır?
Neftçilərin Hüquqlarını Müdafiəsi Təskilatının sədri Mirvari Qəhrəmanlı cərimə yazılan təbii qaz abonentlərinin pozulmuş hüquqlari barədə Facebook hesabında post paylaşıb. Ciddi maraq foğurduğndan postu bəzi korrektəkərlə oxuculara təqdim edirik:
- İki il öncə təşkilatımız tərəfindən araşdırma apararkən istehlakçıya cərimə tədbiq olunanda qazpaylayıcı tərəfindən bəzi pozuntulara yol verildiyi haqda yazmışdıq.
Belə ki, əgər istehsalçı tərəfindən verilən rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa, o halda sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri cərimə kimi hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri SOCAR, "Neftqazelmitədqiqat” İnstitutu tərəfindən hazırlanmış və 16 dekabr 2017-ci ildə SOCAR-ın vitse prezident R.Qurbanov tərəfindən təsdiq olunmuş “Metodika" əsas götürülərək, 90 günədək hesablanmalıdır.
Lakin bununla əlaqadar "Azəriqaz" İB Baş direktoru Əkbər Hacıyev tərəfindən təsdiq olunmuş sənəddə isə "Azəriqaz" İB “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq istehlakçıya cərimə tədbiq edərkən itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil, 180 gün (ikiqat) göstərilmişdür.
Həmin daxili sənəddə dəyişiklik olubmu? Hazırda əhaliyə tədbiq olunan 1555 manat cərimə hansı sənəd - metodika əsasında hesablanır?