MDB-nin ən bahalı mobil interneti hardadır?
İnternetdə təsadüfən Rusiyanin Moskvada fəaliyyət göstərən mobil operatoru "Beeline" ("Bilayn") şirkətinin reklam çarxlarını gördüm. Bu mobil operator Azərbaycan valyutası ilə 10 manata 5GB internet, 600 dəqiqə hər tərəfə danışıq bonusu və min pulsuz sms təklif edir. Bütün bunlar cəmi 10 manata təklif edilir. Maraq məni çəkdi və Rusiyada fəaliyyət göstərən digər opəratorların tariflərini də araşdırdım. Sən demə "Beeline" pristijli bir operator olduğu üçün onun təklifləri daha bahadır. Regionlarda fəaliyyət göstərən çoxlu sayda mobil operatorlar 1GB internet trafikini orta hesabla 1 manata təklif edir. İnternet paketinin hər 1GB-na isə orta hesabla 100 dəqiqə hər tərəfə danısıq və 100 sms bonus təklif edirlər.
Bəs Azərbaycanda vəziyyət necədir? Hər üç mobil operatorumuzda orta hesabla 1GB internet paket 5 manata başa gəlir. Məsələn, "Bakcell"in "Klass" paketi 10 manata 2GB internet, 350 dəqiqə hər tərəfə danışıq bonusu verir. Paketin vaxtı bitməmiş yenidən müraciət etdikdə isə 10 manata yalnız 5GB internet paketi təqdim edir. Digər operatorlarımız olan "Nar Mobil" və "Azercell"də də vəziyyət təxminən eynidir.
Yəni Rusiyada orta hesabla 1GB internet trafiki 1 manata təklif edilirsə, bizdə eyni həcmdə trafik 3-5 mnat arasında tərəddüd edir.
Ermənistanda və Gürcüstanda qiymətlər Rusiyaya nisbətən bir qədər də ucuzdur. Ermənistan mobil operatorlarında 1GB internet trafikinin qiyməti təxminən 70, Gürcüstanda isə 50 qəpik təşkil edir.
Ortaya haqlı sual çixir, nə üçun sərvəti bizim sərvətimizdir qat-qat çox olan Rusiyada mobil internet bizimkindən 5 dəfə, bizim hesabimız büdcəsini dolduran Gürcüstanda 10 dərə, düşmənimiz Ermənistanda isə təxminən 7 dəfə ucuzdur.
Bunun yeganə səbəbi ölkənin mobil operator bazarındaki inhisrçıliqdır. 10 milyon əhali 3 mobil operatorun əlində əsir qalıb...