"Dövlət büdcəsi neftdən asılılıqdan azad edilməlidir” - Akif Nəsirli
Yaxşı olardı ki, Azərbaycan dövlət büdcəsi neftin qiymətindəki asılıqdan azad edilsin”.
Bu sözləri Kommersant.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycan Respublikası Maliyyə Nazirliyininin qərarı ilə Azərbaycan neftinin büdcə qiymətini şərh edərkən deyib.
İqtisadçı qeyd edir ki, büdcə elə tərtib olunmalıdır ki, il ərzində neftin qiymətindəki ucuzlaşma və ya bahalaşma onun icrasına təsir etməsin:
“ Amma çox təəssüf ki, Azərbaycan dövlət büdcəsi belə deyil, neftin dünya bazarındakı qiymətindən asılı olaraq büdcədə vəziyyət dəyişir.
Hazırda neftin orta qiymətinin 50$-dan daha yüksək olması, birinci yarımildə profisitlərin yaranmasına təkan verən amillərdən biridir. Bu profisiti aradan qaldırmaq üçün Maliyyə Nazirliyi ilin ikinci yarısında dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürəcəkdir. Dövlət büdcəsinin xərc maddəsinin artırılması istiqamətində addımlar atılacaqdır. Bu addım xərclərin ödənilməsi və növbəti yarımildə büdcədə yaranan profisitin aradan qaldırılması, yəni artıq vəsaitin xərclənməsinə şərait yaratmaq üçün atılır”.
Akif Nəsirli bildirir ki, bu cür büdcə idarə edilməsi metodu dünyada ən bərbad üsul sayıla bilər:
“Məsələn, həddən artıq çox maddi vəsait xərclənilir, pul azalanda isə maliyyə məbələri axtarılır və tapılmır.
Düyanın geridə qalmış ölkələrinin əksıriyyətində bu cür büdcə planlaması var.
Normal ölkələrdə dövlət büdcəsi 3-5 illik müddətinə hazırlanır. Onlardan kənarlaşma cəmi bir neçə faiz təşkil edir. Lakin Azərbaycanda yanvar ayında icrasına başlanılan dövlət büdcəsi böyük ehtimal iyun ayında 15-20 % genişlənəcək.
Bütün bunlar ölkə iqtisadiyyatının qeyri-sabit inkişafından xəbər verir. Qeyri-sabit maliyyə mənbələri və inkişaf tendensiyaları bu məsələləri meydana gətirir”.