İranlı iş adamı Azərbaycanda dələduzluğa məruz qalıb

İran vətəndaşı Azərbaycanda üzləşdiyi dələduzluqla bağlı ölkə başçısına və Daxili İşlər Nazirinə müraciət ünvanladıq
İran İslam Respublikasının vətəndaşı Azərbaycanda üz-üzə qaldığı dələduzluqla əlaqədar ölkə başçısı cənab İlham Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza daxil olub. İran İslam Respublikasının vətəndaşının müraciətini oxucuların nəzərınə çatdırırıq.
Müraciətdə deyilir:
Möhtərəm cənab Prezident!
İzn verin, öncə dəyərli vaxtınızı alaraq verdiyim zəhmətə görə üzrxahlıq edim və bildirim ki, qapınıza pənah gətirməyimə zərurət yaradan, ümumi razılığımıza əsasən neçə müddət İrandan çox ucuz qiymətə və keyfiyyətli meyvə-tərəvəz məhsulları göndərdiyim lakin yığılıb qalmış 147 min Amerika dollarımı ala bilmədiyim əslən Şəmkir rayon sakini Cəfərov Vasif Ələddin oğlunun dələduzluğuna məruz qalmağımdır.
Mən, neçə müddətdir Vasif Cəfərovun mənə borclu olduğu pula görə qardaş Azərbaycana gəlib gedirəm. Lakin Vasif Cəfərov görüşlərdən yayınır, tez-tez telefon nömrələrini dəyişir, müxtəlif əsassız bəhanələrlə pulumu vermir. Bir sözlə, mənə qan uddurur.
Onun mənə verdiyi mənəvi işgəncələr artıq məni intihar həddinə çatdırıbdır.
Vasif Cəfərovla əməkdaşlığa başladığımız ilk vaxtlarda o, aktyorluq edərək mənim etimadımı qazandı. Sonradan etimaddan sui-istifadə edərək peşəkar dələduz olduğunu sübut etdi.
Mən Vasif Cəfərovun dələduzluğunu sübut edən səs yazılarını, video görüntüləri və məhsulların İrandan Azərbaycana göndərilməsinə dair sənədləri qoruyub saxlayıram.
Məruz qaldığım dələduzluqla bağlı bu ilin may ayının əvvəllərində tədbir görülməsi üçün Azərbaycan Daxili İşlər Naziri Vilayət Eyvazova və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Əbülfət Rzayevə şikayət ərizəsi göndərdim lakin heç kimdən səs səmir çıxmadı.
Mən Azərbaycanlı olaraq İranla Azərbaycan arasında heç bir fərq görmürəm hər birimiz bir ananın övladlarıyıq. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər bir uğurunuzu ürəkdən alqışlayırıq.
Amma təəccüb təsiri bəxş edən yeganə cəhət budur ki, İranda dələduzları xalqın gözü önündə edam edirlər, qardaş Azərbaycanın hüquq mühafizə orqanlarında isə dələduzlar dolayısı yollarla müdafiə olunurlar.
Müraciət müəllifi bildirir ki, bu ilin may ayının 5-də sürətli rabitə ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə şikayət ərizəsi göndərmişəm, imzalayıb götürüblər imzalı hüquqi sənədi əlavə edirəm.
Lakin nümayəndə gedib bandatdeldən müraciəti kimin icraatına verildiyini soruşduqda deyirlər ki, belə bir müraciət daxil olmayıb.
Halbuki zəng edib müraciətimin qeydiyyata alındığını da bildiriblər. Görürsünüzmü dələduz bandotdeldə açıq aşkar müdafiə olunur.
Hörmətli, cənab Prezident,
Ümidvar olduğumu bildirirəm ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi İran vətəndaşı olaraq məndən də əsirgəməyəcəksiniz. Mən sizin qayğı və diqqətinizi heç zaman unutmayacağam, həmişə adınızı uca, xatirinizi əziz tutacağam.
Zərərçəkmiş əlavə olaraq bildirir ki, ona dəymiş maddi ziyan tam ödənilənədək mübarizəsi davam edəcək, qardaş Azərbaycanda onun başına gətirilən olaylar İran mətbuatında da ictimailəşdiriləcəkdir.
Səmimi hörmətlə: İran İslam Respublikasının vətəndaşı
P.S. Müraciətdə dələduzluqda ittiham edilən Şəmkir rayon sakini Cəfərov Vasif Ələddin oğlu ilə əlaqə saxlamağa çalişsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi adı çəkilən şəxsin də münasibətin dərc etməyə hazırıq.
İnformasiya şöbəsi