İranın əmək naziri fəhlələrin əməkhaqlarının artıtılmasına qarşı çıxdı 


İranın kooperasiya, əmək və sosial rifah naziri Sulət Murtəzəvi fəhlələrin əmək haqqının haçan qaldırılacağı il bağlı suala cavab olaraq deyib:

"Biz inflyasiyanın artacacağı və ya azalacağı təqdirdə Ali Əmək Şurasının qərarına yenidən baxacağımıza söz verməmişik. Ali Əmək Şurasının iclasında qərara alınıb ki, hökumət dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı qərar qəbul edərsə, fəhlələrin də maaşlarına yenidən baxılmalıdır”.

Xatırladaq ki, bu ilin əvvəlindən fəhlələr və təqaüdçülər məişət şəraitlərinin dözülməz, maaşlarının isə yetərsiz olmasına etiraz olaraq dəfələrlə aksiyalar və  tətillər keçiriblər.

مخالفت وزیر کار با افزایش دستمزد: قول نداده بودم

#İran #fəhlə #maaş