Əkizlər niyə ən pisidir? - İkiüzlülük və...

Bürc deyəndə çoxları dərhal prototip bir obraz canlandırır: Qoç – aqressiv, Tərəzi – tərəddüdlü, Əkizlər isə... ikiüzlü, dəyişkən, qarışıq. Və bəli, Əkizlər bürcü çox zaman “mənfi” xarakterə malikdir” kimi stiqmaya tuş gəlir. Amma bu qiymətləndirmə nə qədər ədalətlidir?

Lim10.az bu bürclə bağlı maraqlı məlumatı diqqətinizə çatdırır:

Əslində, Əkizlər necədir?

Əkizlər bürcü hava ünsürünə aiddir və Merkuri tərəfindən idarə olunur – yəni ünsiyyət, düşüncə, dəyişkənlik, öyrənmək və sürət bu bürcün əsas şifrələridir.

Onlar:

  • ünsiyyətcil,
  • açıq fikirli,
  • ağıllı,
  • tezcavab,
  • və bəzən “həddindən artıq səmimi” olurlar.

Onlar kiminlə danışdıqlarına baxmırlar – vəzifə, mövqe, status, yaş, cins – heç biri önəmli deyil. Onlar ruh və enerji ilə bağlıdırlar, formal deyil.

Niyə dəyişkən olurlar?

Əkizlərin dəyişməsi “ikiüzlülük” deyil. Bu, emosional zəkalarının və reflektiv müdafiə sistemlərinin bir nəticəsidir.

Əgər:

  • qarşısındakı səmimiyyətə qarşı qeyri-adekvat davranırsa,
  • hörmət prinsipləri pozulursa,
  • ya da aldadılmaq ehtimalı doğursa,

Əkiz dərhal içindəki dialoqu dəyişir və çox vaxt ya travmatik davranış, ya da tam susqunluq və uzaqlaşma ilə reaksiya verirlər. Bu, əslində onların özlərini qoruma üsuludur, çünki Əkizlər çox tez və dərin şəkildə bağlana bilirlər. Amma bu bağlılıq qarşılıqsız qalanda, əks-qütb aktivləşir.

Əkizlər bürcünün görünməyən tərəfi:

Əkizlər bəzən çox danışan, zarafat edən, şən görünən insanlar kimi təqdim olunur. Amma əslində çox həssas və analiz edən bir daxili dünyaları var.

Onlar:

  • hiss edirlər,
  • anlayırlar,
  • amma hər şeyi üzə çıxartmırlar.

Əkiz “ikiüzlü” deyil. O sadəcə özünü uyğunlaşdırmağı bacaran, amma səmimiyyətin qarşılığını görməyəndə qırılan bir güzgüdür.

Əkizlər bir təcrübədir.

Əgər bir Əkizlə qarşılaşmısansa və onun səmimiyyətini qoruyursansa — sən əsl dost, əsl tərəfdaş və əsl insan qazanmısan. Əgər ona qeyri-adekvat yanaşırsansa – o, sadəcə öz versiyasını bağlayır.

Bu bürc bir çoxları üçün anlaşılması çətin, amma tanıyan üçün mükəmməl bir ruhi aynadır.

Lim10.az