Ulyanovskdan kolbasa məmulatları idxal edilib


Ümumi çəkisi 17,23 ton olan kolbasa məmulatlarının ilk partiyası Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana ixrac edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") xəbər verir ki, ixrac edilən bütün məhsullar alıcı ölkənin tələblərinə cavab verib, onların keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Bildirilir ki, ümumilikdə, 2023-cü ilin əvvəlindən “Rosselxoznadzor”un nəzarəti altında Ulyanovsk vilayətinin ərazisindən Tacikistan, Azərbaycan və Özbəkistana 161,03 ton ərzaq məhsulları ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz çoxdur.