Sabirabad Pilot Aqr­oparkda məhsul yığım­ına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Pilot Aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb.

Agentlikdən verilən məlumata görə, arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçin aparılan sahənin hər hektarından 4 tondan çox (məhsuldarlıq 40 sentiner) arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq 150 hektar sahənin hər hektarından 4,5 tondan (məhsuldarlıq 45 sentiner) çox buğda əldə edilib. Eyni zamanda, əkin sahələrində suvarma suyuna qənaət edilməsi məqsədilə 722 ha sahədə qurulması nəzərdə tutulan müasir suvarma (yağışyağdırma) sistemləri ilə bağlı layihələndirmə işləri aparılıb. Hazırda ilkin olaraq 400 ha sahədə müasir suvarma sisteminin qurulması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri 8 milyon manat olan “Fructus Aqropark” tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Müəssisənin təsərrüfat sahəsində 14 daimi, 20-dən çox mövsümi iş yeri yaradılıb.