Azərbaycan şəkər ixracını artırıb

Bu ilin yanvar-iyun aylarında ölkədən 13 340,61 min ABŞ dolları dəyərində 18 581,27 ton şəkər ixrac edilib.


Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 4 065,7 min dollar və ya 43,8 faiz, həcm baxımından isə 4 132,82 ton və ya 28,6 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ilin ilk beş ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,08 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,91 faizə bərabər olub.