ABŞ Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixrac etmək planını hazırlayır

ABŞ Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixrac etmək planını hazırlayır

The Wall Street Journa nəşrinn yazdığına görə, Rusiya “taxıl sövdələşməsi”ndən çıxdıqdan sonra Ukrayna taxılının oktyabr ayına qədər çay boyunca hər ay dörd milyon ton kənd təsərrüfatı məhsulunun daşınacağını nəzərə alaraq, Dunay boyunca ixrac planı nəzərdən keçirilir.

WSJ yazır ki, belə bir marşrutda daşımaların təhlükəsizliyini təmin etmək üçün ABŞ “hərbi həll yolları da daxil olmaqla bütün potensial variantları” nəzərdən keçirir.

Nəşr qeyd edir ki, taxılın Dunay boyunca Rumıniya limanları vasitəsilə ixracı Qara dəniz boyu marşrutla müqayisədə daha uzun çəkəcək və bir qğədır baha başa gələcək. Amma bu plan həm dünyada taxıl qıtlığını aradan qaldıracaq, həm də Ukraynanın iqtisadi potensialını reallaşdıracaq.