Bərdıdə qazilərimizə psixoloji dəstək tədbiri keçrilib
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda cəsurluqla döyüşən, yaralanaraq sağlamılığını itirən qazi və müharibə veteranlarının 15-16 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Bərdə rayonunda "Qazilərimizə psixoloji reabilitasiyasina dəstək olaq" adlı layihə çərçivısində tədbir həyata keçirib. Tədbirdə Bərdə rayonu icra nümayəndəsi, psixoloq, rayon ziyalıları, şəhid ailələri, birinci və ikinci Qarabağ muharibəsinin qaziləri, müharibə veteranları və jurnalistlər iştirak etdilər. Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi ehtiramla anıldı.
Sonra "VƏTƏN NAMİNƏ" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə xanım çıxış edərək bildirdi ki, şəhid ailələrinə, qazilərimizə,
müharibə veteranlarına mənəvi, psixoloji və onların problemləri həlli istiqamətində dəstək olmağa çalışırıq.
Tədbirdə çıxış edənlər hər biri öz çıxışlarında bu kimi tədbirlərin mütamadi keçrilməsi üçün öz dəstəklərini əsirgəmədiklərini bildirdilər. Tədbir uğurla başa çatdı.