Nə üçüm neftçilərlə əmək müqaviləsi müvəqqəti bağlanır?

Mirvari Qəhrəmanlı

Ölkənin və hökumətin ən böyük şirkəti olan ARDNŞ (SOCAR) öz fəaliyyəti ilə digər özəl və dövlət şirkətlərinə nümunə göstərməli olduğu halda, şirkən qanun pozuntuları üzrə ölkədə "lider"lərdən birinə çevrilib. Şirkətdə ən populyar qanun olan Əmək Məcəlləsinə belə məhəl qoyulmur.

Bu barədə Neftçilərun Hüquqlarının Müdafiısi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlə növbəti paylaşımını edib.

Mirvar xanəm postda yazır ki,
Cənab Rövşən Nəcəf, işçilərlə məcburi surətdə bağlanılan müvəqqəti əmək müqavilələrinə son qoyun: "Bu hər il çoxlu sayda neftçi ailəsinin işsiz qalması deməkdir.
Rövnəq Abdullayev ARDNŞ prezidenti olanda, şirkətin hüquq, kadr və sosial siyasətini dəfələrlə tənqid etmişəm. Pandemiya zamanı onsuz da psixoloji təsirə məruz qalan neftçilərin qeyri-qanuni imtahanlara cəlb olunması, ixtisarlar, əmək müqavilələrinə qeyri-qanuni əlavələr olunub, işçilərə məcburi qol çəkdirmə, işin daimi xarakterə malik olduğu halda işçilərlə müvəqqəti əmək müqaviləsi bağlayıb, onları işəgötürəndən asılı vəziyyətə salinması, şirkətin hüquq departamentinin bu qanunsuzluqlara biganə qalması və.s. kimi düzgün olmayan kadr siyasətini ölkənin hasilat sənayesində insan hüquqlarını müdafiə edən təşkilatın rəhbəri kimi dəfələrlə pisləmişəm. Bunu işçilərin əmək hüquqlarının pozulması faktoru kimi hesabatlarda qeyd etmişəm. Lakin vəzifəli şəxslər ölkənin əmək qanunvericiliyini pozduqları üçün müvafiq qurumlar tərəfindən cəzalanmayıblar. Çox təssüflər olsun ki, yeni gələn şirkət prezidenti, onun birinci vitsesi (biri də gələcək) və 11 vitse-prezidenti ( 2-si də gəlir) bu qeyri-qanuni kadr siyasətini davam etdirməkdə maraqlıdırlar. ARDNŞ dövlət şirkətidə ştatlı işçilərin daimi fəaliyyəti olduğu halda işçilərlə məcburi şəkildə müvəqqəti müqavilə bağlanılma prosesi davam edir. Əksər işəgötürənlər (öz "sehirli çırağına müvəqqəti müqavilə "devini" yerləşdirən ələddinlər") bundan istifadə edərək hər il yüzlərlə insanı (arzuolunmaz) işsiz qoyur. Bununla da şirkət ölkədə işsizliyin artmasına öz "töhvəsini" verir.
Ümüdvaram ki, yuxarıda qeyd olunanları nəzərə alıb, yüzlərlə işçinin əmək hüququnun bərpa olunması üçün şirkətdə əmək qanunvericiliyinin icra vəziyyətini nəzarətə götürülməsini təmin edəcəksiniz".