"Azəriqaz" İB şəhid ailəsinə ehtinasız yanaşır
"Şəhid anası yalnız qardaşa, ailəyə deyil, dövlətə, millətə də əmanətdir".
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında sənəd və məlumat yayıb.
Komitə sədri SOCAR prezidenti Rövşən Nəcəflə "Azəriqaz" İstehsalat Birliyini sədri Ruslan Əliyevə üz tutaraq şəhid qardaşının şikayətinə qulaq verməyi istəyib.
Şəhid qardaşı Musayev Rəşad İsmayil oğlu isə M.Qəhrəmənlıya yazıb:
"Şəhid ailəsiyəm. Qardaşım Musayev Kamal İsmayil oqlu 1994 cu ilde Kəlbəgərdə, Murovdağda şəhid olub, meyidi hələ də tapılmayıb. Məzarı yoxdur. Onkoloji xəstə olan anama mən baxıram. 3 ildir yataq xəstəsidir, 5 dəfə əməliyyat olunub, qıçı sınıb, maddi imkanım aşağı olduğu üçün müalicəsini davam etdirə bilmirəm. Bəzən rayonda aptekə də borcum olur.
2019-cu ildən müvəqqəti Xidməti müqavilə ilə "Azəriqaz" İstehsalat Birliyinin Lənkaran RQİİ-nin Yardımlı XS-də çilingər köməkçisi işləyirəm. 2022 ci ildə SOCAR-da imtahan verib, kadr ehtiyat bazasında qeydiyyata alındım. Bu müddət ərzində bir dəfə reqional idarədən zəng edib Lənkaranda iş təklif etdilər. Bildirdim ki, anam ağir onkoloji xəstədir, tək ümidi mənəm, xahiş edirəm rayonumuzda iş yeri olduqda təklif edin. Bu yaxınlarda Yardımlıda iki vakant yer oldu, mənə zəng edib, Masallıda iş təklif etdilər. Yenə anamın ağır yataq xəstəsi olduğunu, ona mən baxdığımı dedim və xahiş etdim ki, mənə Yardımlıda iş verin. Mənə bildirdilər ki, Yardımlıya səndən yüksək bal toplayanı göndəririk. Masallıda işləyən şəxsləri Yardımlıya göndərdilər. Mənə isə onların iş yeri təklif olundu.
Yenə çıxılmaz vəziyyətə düşdüm. Şəhid ailəsi olduğum, şəhid anasının köməyə ehtiyacı olması isə nəzərə alınmadı. Baxmayaraq ki, dəfələrlə Ruslan müəllimə yazıb kömək istəmişəm. Anam video müraciət edib. Sonu da bu!".