"Xəzəriaşə"nin işində nə dəyişib?

"Yeməyə dadanan ət oğrusu pişik var idi ha, görəsən xasiyyətini tərgidib?"

Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yuxarıda qeyd etdiyimiz statusu paylaşıb. Mirvari xanım daha sonra keçən il dərc etdiyi statusunuun altında neftçilərin ərzaq təminatının siyahısını verib.


"28 May" NQCI-də 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı ortalama 50 litrdən az deyil. Həmin südün də 1 litri marketlərdə 2 AZN-dən aşağı deyil. Bu da gündəlik 100 AZN, aylıq 3000 AZN təşkil edir. 14 DDÖ üzrə isə aylıq məbləğ 42 000 AZN təşkil edir.
- Menyudə göstərilənlər verilmir.
Menyu üzrə qiymətlər:.
səhər yeməyi 6,1 man., ƏDV ilə 7,20 man;


Günorta yeməyi - 9man. 78 qəp., ƏDV ilə 11 man. 54 qəp;


Axşam yeməyi 8 man° 55 qəp., ƏDV ilə 10 man;


Cəmi bir nəfər üçün ödəniş: 24 man. 43 qəp., ƏDV ilə 28 man 83 qəp.


"28 MAY" NQÇİ-nin 14 DDÖ var. Hər DDÖ-də 80-90 işçi çalışər. Bu halda:
Bir DDÖ üçün "Xəzəriaşə"yə ödənilən gündəlik məbləğ 2.306,4 manat təşkil edirsə, bir aylıq məbləğ 69.180 manat, 14 DDÖ üçün ödənilən bir aylıq məbləğ isə 968.520 mana çatır. Süd üçün ayrılan məbləği də əlavə etsək, "Azneft" İB-nin "28 May" adına NQÇİ işçilərinə catering (iaşə) xidməti üçün "Xəzəriaşə"yə bir ayda ödənilən məbləğ 1.010.520 AZN təşkil edir.
İşçi bilmək istəyir:
- Bu məbləğin neçə faizi (neçə manatı) real xidmətə yönəldilib?
- Niyə bu İB  üzərində - ona ödənilən vəsait, real xidmət, yeməklərin keyfiyyəti üzərində nəzarət yoxdur?
Qeyd: Nəzərə alsaq ki, əlavə olaraq özüllərdə başqa qurumların (qazma, tikinti və s.) işçiləri də çalışır və onların da sayını nəzərə alsaq "Xəzəriaşə"nin hesabına köçürülən məbləğin aylıq həcmi milyon yarımı keçir.
"