Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma rejimin rəhbəri Araik Arutunyan istefa verib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Arutunyanın hansı səbəblərdən istefa verdiyi hələlik məluma deyil. Məlumata əsasən, onu Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyan əvəz edəcək.
Qeyd edək ki, A.Arutyunyan 2020-ci il may ayının 21-dən qondarma rejimə rəhbərlik edirdi.