Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb.
“Hraparak” qəzeti xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib. Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə Azərbaycanın üç hərbi qulluqçusu yaralanıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib və yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyətin Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.