743 nəfər təkrar sertifikasiya imtahanından keçməyib
Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb.
Açıqlama - 743 müəllim sertfikasiyadan keçməyib.
Halbuki, daha bir il şans verilmişdi və hazırlaşmaları üçün ETN bütün lazımi dəstəyi göstərmişdi.
Sertfikasiyadan keçmələri üçün bir qrum kimi əlindən gələni eləmişdi.
Hər sinifdə 20 şagirdin olduğunu nəzərə alsaq:
743 X 20= 14860 . Bir müəllim tam fəaliyyət dövrü təxminən 40 ildir. Yəni, 148600 nəfər!
Hər 4 ilə savad baxımından məhv olunan uşaqların sayı ilə hesabladıq.
Kifayət qədər böyük rəqəmdir, deyilmi?
Nəzərə alaq ki, bu hələ bütün Respublika üzrə olan say deyil və yalnız ibtidai siniflər üçün olan saydır.
Sertfikasiya ədalətsizlikdir deyənlər düşünsün:
Əslində əsl ədalətsizlik 148600 nəfərin itirilməsinə göz yummaq olmazdımı?
O insanlar yaxşı -yaman bir iş tapa bilərlər. Amma, 100 minlərlə itirilmiş uşaq bir xalq üçün əsl faciədir.
Nazirlikdən bildirilib ki, prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.