Azyaşlı qızlar "Kristal Abşeron"da nədən intihar edir?!
Son günlər Xırdalanda, Kristal Abşeronun binasında dəhşətli hadisələr baş verir. Orada yaşamayan 13-16 yaşlı qızlar həmin binadan özünü aşağı ataraq intihar edir.
2 gün öncə 13 yaşlı Aydan Hacıağazadə özünü Kristal Abşeronun binasının 13-cü mərtəbəsindən ataraq intihar edib. İntihar edən qız o binada yaşamır və ora müəllim yanına hazırlığa gəlirmiş.
4 gün əvvəl isə 16 yaşlı Şəms Müzəffərzadə özünü Kristal Abşeronun binasının 15-ci mərtəbəsindən ataraq intihar edib. O, da həmin binada yaşamırmış və ora müəllim yanına hazırlığa gedirmiş.
Daha əvvəl 15 yaşlı Şəbnəm Omid eyni binada özünü 16-cı mərtəbədən ataraq intihar edib. O da eyni müəllim yanına hazılığı gedirmiş və həmin binada yaşamır.
Keçən il də eyni binada bir neçə intihar hadisəsi olub və intihar edənlər azyaşlı qızlardır.
Prokurorluq intihar edənlər barədə hər hansı məlumat vermir və hadisə yerinə gedən media təmsilçilərinə hər hansı xəbər yayımlamağa icazə vermir. İntihar edən yeniyetmlərdən birinin məktubu tapılıb, amma onun da məzmunu açıqlanmır.
Kristal Abşeronun binasında nə baş verir? Niyə intihar edənlər məhz azyaşlı qız uşaqlarıdır?
Yalçın Abdullayev