Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib. Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.