İşçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə verilir?

Əmək məzuniyyətində olan və bu dövrdə əmək qabiliyyətini müvəqqəti itirməklə - xəstəlik vərəqəsi alan və iş yerinə təqdim edən işçilərə müavinət ödənilirmi və bu hal qanunvericiliklə necə tənzimlənir?

Əmək məzuniyyətində olan işçilərin bu dövr üçün məzuniyyət günləri necə hesablanlr?


Bir çox idarə, müəssisə və təşkilatlarda və onların qurumlarda işləyən "mütəxəssis" və ya məsul vəzifəli şəxslərdə belə yanlış fikir formalaşıb ki, ümimiyyətlə, əmək məzuniyyətinə çıxan işçilərin əmək məzuniyyətləriində olduğu dövrdə - əmək qabiliyyətini müvəqqəti itirməklə xəstəlik vərəqəsi almaq hüququ yoxdur.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarına əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.


Azər Quliyev.