"Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa..."
"Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa, mədən müdiri və onunla oğurluqda əlbir olanlar niyə cinayət məsuliyyətinə cəlb olunmur?"
Bu sualı əlaqədar qurum və təşkilatlara müraciət ünvanlayan Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı "yenə bir çox Əməliyyat Şirkətlərinin fəaliyyətində "podratçı" qurum olan "İlkin" MMC, Hacı Qurban..." deyərək növbəti qanun pozuntusu faktını açıqlayıb.
Hüquq müdafiəçisi Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası, müharibə veteranı Canalıyev Rasimin şikayətini icttaimailəşdirib. M.Qəhrəmanlıya ictinadən həmin şikayəti təqdim edirik:
"06 iyul 2023 cü il təxminən saat 18 radələrində ,mənim gündüz növbəsində olduğum zaman mədən müdirinin göstərişi ilə "İLKİN" MMC-nin daşınma maşınları ilə 52 ədəd 2,5 həcmində borular mədən ərazisindən naməlum istiqamətə aparılmışdır. Onu da qeyd edim ki, daşınma briqadasının işçiləri həmin vaxt boruların yüklənməsində iştirak etməyiblər. Mən bu barədə şirkətin rəhbərliyinə yazılı məlumat vermişəm və təlləb etmişəm ki, əgər əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa, bu halda mədən müdiri və onunla oğurluqda əlbir olanlar da işdən azad edilməli və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! Araşdırma aparılmış, ancaq idarənin məsul işçiləri nədənsə boruların oğurlanmasına biganə yanaşırlar. Niyə? Əlavə olaraq bildirirəm ki, hər hansı yolla məni şantaj edirlər, şər, böhtan atırlar, polis şöbəsinə məndən şikayət edirlər. Şər, böhtan "İlkin" MMC-nin rəhbəri Hacı Qurbanın (???!!), yaxud onun nəqliyyat rəisi Hüseynin əli ilə atılır. Hamısından da alnı açıq, üzü ağ çıxmışam. Özüm müharibə veteranı, həyat yoldaşım isə 1-ci qrup gözdən ömürlük əlildir. Mən daha bunların şər böhtanına dözə bilmirəm.
Sizdən artıq dərəcədə xahiş edirəm, yazdıqlarımı nəzərə alıb mənə öz köməkliyinizi göstərəsiniz. Boruların oğurlanmasında əli olan sex rəisi Vüsal Qurbanov, baş usta İlham Babayev haqda cinayət işi açılması üçün problemin işıqlandırılmasında mənə öz köməkliyinizi göstərəsiniz..."
Qeyd edək ki, Şirvan OYL Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan Global Energy Azerbaijan Groupun (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır. Rəhbəri Aleksandr Alekseeviç Anoxindir...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...