MEDİA Agentliyinin "paxmil" təmsilçisi
"Dəryaz" qəzetinin baş redaktoru Habil Tağıyevin verdiyi məlumata görə, bu gün saat 12:30-da "Dəryaz" satira-yumor qəzeti redaksiyasının cavabdeh, MEDİA Agentliyinə qarşı irəli sürdüyü iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsində növbəti prosesi keçirilib.
O, qeyd edib ki, bir müddət bundan əvvəl media reyestrinə daxil olmaq üçün "Dəryaz" qəzeti redaksiyasının etdiyi müraciətə Agentlik tərəfindən imtina cavabı verilmişdi: "Keçirilən məhkəmə prosesi zamanı bizim hakim Günel Sevdimaliyevə təqdim etdiyimiz karikatura faktlarının qarşısında qarşı tərəfin vəkili Elvin Səlimov çıxılmaz duruma düşdü. Belə olan halda o, əsassız iddialar irəli sürməyə çalışsa da, hakim qarşı tərəfin iddialarını nəzərə almadı. Daha sonra Agentliyin özünü təqdim etməyən “media eksperti” qismində müdafiəçisi özünəməxsus tərzdə çıxış etmək istəsə də, deyəsən dünən gecə qəbul etdiyi mayenin "doza"sı ona fikir və düşüncələrini tam şəkildə ifadə etməyə imkan vermədi. Yəni, heç zaman media aləmində görmədiyimiz, hər hansısa formada tanımadığımız həmin "media eksperti", sanki hakim qarşısında aciz qaldı və söz tapıb danışa bilmədi. Həmin şəxs hakimin verdiyi sualların qarşısında başını aşağı-yuxarı bulamağa başladı və o, öz aləmində sanki özünü suallara cavab vermiş kimi apardı. Biz də bu "media eksperti"nin "paxmel" olduğunu nəzərə alıb, hakim G. Sevdimaliyevanın prosesin vaxtını dəyişməsini təbii qarşıladıq. Bəli, öz-özlüyümüzdə düşündük ki, istənilən halda “doza"sı yuxarı olan adama güzəştə getmək lazımdır".