İşçilər ezamiyyə xərclərini necə və hansı qaydada və məbləğdə almalıdırlar?
"Azəriqaz" İstehsalat Birliyi qanunları əzbərləyin və yadda saxlayın!
Bir faktı da yaddan çıxarmaq olmaz ki, bu münasibətlərdə ilk olaraq hansı mövqe nəzərə alınması və müəyyən edilməsi aydınlaşdırılmalıdlr. Nəzərə alınmalıdır ki:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarı - işçilərin ezamiyyə xərcləri barədə münasibətiləri tənzimləyir. Bu münasibətlər həm qeyd olunan Qərara, eyni zamanda daha çox əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aiddir, ezamiyyə xərclərinin hesablanması və ödənilməsi isə Vergi Məcəlləsinə əsasən deyil, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 saylı qərarı ilə tənzim olunur;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı da nəzərdı tutur ki, mehmanxana xərcləri təqdim edilmədiyi halda belə işçiyə gündəlik ezamiyyə xərci 100 faiz ödənilməlidir. Qərar hər hansı bir səbəbdən: vergi ilə əlaqədar, müəssisənin xərcə düşməyi və digər səbəblərdən işçiyə ezamiyyə xərclərinin 50 faiz məbləğdə verilməsini nəzərdə tutmur. Yəni, birmənalı olaraq bu ezamiyyə xərcləri 100 faiz məbləğdə ödənilməlidir;
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi isə: Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
4. Yəni, Azərbaycan Respublikasının Vergi Məcəlləsi-işçilərə ödənilən ezamiyyə xərclərinin məbləğini müəyyən etmir, bu münasibətlərdən yaranan vergi münasibətilərini tənzim edir. Belə ki, qeyd olunan bu faktı Vergi Məcəlləsinin aşağıdakı maddəsi də təsdiq edir;
5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.4-ce maddəsi: Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır;
6. Yuxarıda göstərilənlər də təsdiq edir ki, bu münasibətlərdən biri: ezamiyyə xərclərinin normasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, digəri isə vergi münasibətlərini tənzimləyən - Vergi Məcəlləsinə aiddir;
7. İşçilər isə ezamiyyə xərclərini yuxarıda göstərilən qaydada və məbləğdə almalıdırlar, bu onların hüququdur, müəssisədaxili problemlər və ya müəssisənin vergi problemləri işçilərin bu hüququnu məhdudlaşdırmır.
Azər Quliyev.