"AZƏRİQAZ"da ŞİŞİRDİLƏN XƏRCLƏR

SOCAR məsələyə müdaxilə etdi - Departament rəisi müavinə nələr yazdı? - SƏNƏD

"Azəriqaz" İstehsalat Birliyində ezamiyyə xərcləri o qədər şişirdilib ki, artıq qurmuun rəhbər şəxsləri dilə gəlib.

Bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O bildirib ki, nəticə etibarı ilə "Azəriqaz"ın  İqtisadiyyat və Uçot Departamentinin rəisi Marif Nəcəfov Baş direktorun istismar üzrə müavini Cahid Hüseynova rəsmi məktubla müraciət edib.

O, məktubunda birliyin xərclərinə SOCAR tərəfindən ciddi nəzaərt olunduğunu qeyd edərək, bildirib ki, son 7 ayda ezamiyyə xərcləri xeyli artıb.

Departament rəis, hətta, bir qədər də irəli gedərək yazıb ki, ezamiyyə xərclərinin artması satılmış qazın maya dəyərinə  mənfi təsir göstərir.

O, sonda izafi ezamiyyə xərclərinə daha çox vəsait sərf olunan şöbələrin adlarını sadalayaraq, bu xərclərin azaldılması üçün tapşırıq verilməsini xahiş edib.

Məktubda görünür ki, SOCAR rəhbərliyi Ruslan Əliyevin baş direktoru olduğu birliyə qarşı nəzarəti sərtləşdirib. 

Bu isə artıq məsul şəxsləri belə "əl-qolları"nı yığmağa məcbur buraxıb.

Samir MUSAYEV