"Azəriqaz"da nə baş verir?
SOCAR-ın keçmiş vitse-prezidentinin qardaşı oğlunun da ərizəsi alındı
"Azəriqaz" İB Baş direktorun təmir tikinti üzrə müavininin vəzifədən çıxarılması barədə xəbər dolaşır.
Bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O bildirib ki, SOCAR-ın keçmiş vitse-prezidenti, hazırda müşavir olan Daşqın İsgəndərovun qardaşı oğlu Ramil İsgəndərovdan işdən çıxma ərizə alınıb.
M.Qəhrəmanlı daha sonra Daşqın İsgəndərovun keçmiş vəzifəsindən yararlanaraq, "Azəriqaz"ın əksər strukturlarına çoxsaylı qohumlarını yerləşdirib: "İndi onları vəzifədən azad etməyə kiminsə "dux"u çatar ki?! Nəsə inanmıram. Deyirəm görəsən, Nazirlər Kabinetinin “Ezamiyyə xərcləri haqqında" 14 saylı qərarını işçilərin ziyanına çevirən də "qohum" olub?!".
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyində ezamiyyə xərclərinin şişirdilməsi barədə iddiala var.
Hətta iş o yerə çatıb ki, "Azəriqaz"ın İqtisadiyyat və Uçot Departamentinin rəisi Marif Nəcəfov Baş direktorun istismar üzrə müavini Cahid Hüseynova rəsmi məktubla müraciət edib.
Məktubda bildirilib ki, SOCAR-ın yeni rəhbərliyi bu xərclərə nəzarəti gücləndirib, ona görə də ezamiyyə xərclərini azaltmaq vacibdir