Əmək müqaviləsinə xitam əmrinin əsasları
Son dövrlərdə əmək müqaviləsinin ləğvi barədə əmrlərə tez-tez rast gəlirik. Bir qayda olaraq işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi barədə olan əmrdə əsaslar bu qaydada göstərilir:
Əsaslar: Tibbi-Sosial Ekspert Komissiyasının SONUNCU MÜAYİNƏ AKTININ MƏLUMATI.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən əmrdə işçi ilə bağlanmış "əmək müqaviləsinin ləğv edilməsinin əsası" göstərilməlidir. İlk baxışdan belə görünür ki, Əmək Məcəlləsinin tələbinə işəgötürən tərəfindən əməl edilmişdir. Lakin...
Hər bir halda bu barədə olan əmrlər Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, formal olmamalı. Əmrlər dəqiq, konkret, qanuna uyğun olmalı, əmrlərdə göstərilən əsaslar və sənədlərdə aşağıdakılar özəksini tapmalıdır:
1. Əmrin verilməsinə səbəb olmuş: Tibbi-Sosial Ekspert Komissiyasının Müayinə aktının nömrəsi və tarixi dəqiq yazılmalıdır.
2. Əgər bu yazılmırsa, deməli bu əğmrdə göstərilən bu sənəd konkret deyil, ümumi xarakter daşımaqla AR Əmək Məcəlləsinin tələblərinə uyğun deyil.
3. Fikrimcə əmrlərdə: Komissiyanın qərarının dəqiq göstərilməməsinin əsas səbəbləri odur ki, bu əsasın özü şübhəlidir. Təqdim olunan əmr və sənədlərin araşdırması təsdiq edir ki, bu işçilər uzun müddət, yəni, 20-25 il müddətindı "tam əmək qabiliyyəti" olmadan işləmişlər və ya işlədilmişlər. İşçi və ya işəgötürən tərəfindən bu fakt gizlin saxlanılmış, bu səbəbdən də həmin qərarın tarixini və nömrəsini göstərmək istəmirlər.
Azər Quliyev,