"Şirvan oil" özünü "Qoçu Əsgərin kişmiş yeyən keçisi" kimi aparır
"Xarici işəgötürənin ölkəmizin əmək qanunvericiliyini pozub, cəzasız qalanda!". Bununla bağlı Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə həyəcan təbili çalıb.
M.Qəhrəmanlı "Şirvan Oyl" Əməliyyat Şirkətinin rəhbərinə xitabən əlavə edib: "Cənab Aleksandr Alekseeviç Anoxin, qanunlarımıza hörmətlə yanaşın.
Şirvan OYl ƏŞ-də qazmaçı işləyən, Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı qəza baş verməklə xəsarət alıb. Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb. Qəza nəticəsində sol əlinin 2 və 3-cü barmaqları 1-ci buğundan, sol ayağının bütün barmaqları ambutasiya olunub.
İlyas Mahmudov 02 avqust 2023-cü il tarixində, 22.06-31.07.2023-cü il tarixli xəstəlik vərəqəsini iş yerinə təqdim etməsinə baxmayaraq, hələ də ödəniş olunmayıb. Niyə, cənab Anoxin?"
Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxslərin də mövqelərini dinləməyə hazırıq...