"Bakcell" şans verir - bilirsiniz kimə - yalnız özünə

"055 ... .. ..” 3000 MANAT qazanmaq imkanına sadəcə bir HƏFTƏ qaldı! Vaxt itirmə *401#YES yığ. PULSUZ qoşul PUI UDUŞU şansını əldən vermə! Sadəcə *401#YES yığ”, yaxud "055 ... .. ..” abunəçi siz günün ən şanlısı seçildiniz, 30 000 pul uduşu şansını qaçırmayın” kimi mesajlar gecə yarısı telefonuza gəlirsə təəccüblənməyin, amma ehtiyatlı olun. Bu "Bakcell”in növbəti fırıldağıdır.

İndiyə qədər bu mobil operatorun abunəçilərin cibinə girməsi haqda kifayət qədər məlumatlar yayılıb.

"Bakcell”in yeni fırıldaqları ilə tanış ola bilərsiniz.

*401#YES yığ fırıldağı

Mesajın mətnindən də göründüyü kimi, bu, hər şeydən öncə abunəçini şirnikləndirmək üçün hazırlanıb. Telefon başında oturaraq düymələrə basıb 3 min, yaxud 30 min AZN qazanmağı kim istəməz ki?! Təbii ki, əksəriyyət bu mesajı alan kimi *401#YES yığır və beləcə tora düşür. Qoşulduğun kampaniyada "interaktiv oyunlar” təşkil olunur və həmin oyunda iştirak etdiyin hər dəqiqə üçün hesabından 1 qəpıik pul tutulur. Amma bu "tutulma” o qədər incə aparılır ki, abunəçi bunu hiss etmir. Anlayanda isə artıq gec olur. Heç bir abunəçi bu tip kampaniyalardan öz istəyi ilə çıxa bilməz. Çünki oyunu quran şirkət ondan imtina yolarını bağlayır. Kampaniyadan, yaxud pul qazanmaq kimi fırıldaq oyunlarından canını qurtarmaq üçün abunəçi "Bakcell”in müştəri xidmətlərinə - 555-ə zəng etməlidir. Və elə bu anda ikinci fırıldaq başlayır.

555 fırıldağı

Bu nömrələri yığıdıqdan sonra bir müddət gözləmlisən. Nəhayət sənən cavab verən operator abunəçini "borclu” çıxarır. Yəni abunəçi kampaniyaya, yaxud oyuna öz xoşu ilə qoşulub və şirkət heç kimi buna məcbur etmir. Nəhayət, abunəçi istədiyinə nail olur. Amma bu dəfə onun hesabından ən azı 25 qəpik pul tutulur. Bu da danışıq "haqqı”dır. Beləcə "Bakcell” bir fırıldaqla iki dəfə qazanır.

"Əla Cin” kələyi

"Bakcell” abunəçilərinin yəqin ki, bu kampaniyadan xəbəri var. 7 qəpik xərcləməklə şəbəkədaxili istədiyi şəxslə bir saat danışa bilərsiniz. Amma mobil operator burada da müştərilərin cibinə girərək, milyonlar qazanır. Belə ki, bu tarifdə göstərildiyi kimi heç də abunəçi 7 qəpiyə bir saat danışa bilmir. Təbii ki, mobil operator bunu açıq şəkildə etmir. Sadəcə olaraq, hər 5, 10, yaxud 15 dəqiqədən bir əlaqə kəsilir. Amma abunəçinin hesabından 7 qəpik silinir. Beləcə hər cəhdə abunəçi 7 qəpik ödəməli olur. Əgər şikayət üçün yenə 555-ə zəng etsəniz, yuxarıda göstərildiyi qaydada hansısa bəhanə uydurulacaq. Əvəzində isə hesabınlzdan 25 qəpik əlavə pul tutulacaq.

Kredit

"Bakcell”in daha bir fırıldağı isə kreditlə bağlıdır. Mobil operator abunəçiyə 1 manat verir, amma hesabda 98 qəpik yazılır. Burada 2 qəpik yoxa çıxır. Digər tərəfdən, əgər abunəçinin hesabında kredit götürməmişdən öncə 5, yaxud daha az pul olubsa, kredit götürəndən sonra həmin məbləğ də qeyb olur. Kreditin ödənməsinə gəlincə, mobil operator abunəçidən 1 manat əvəzinə 20 qəpik alır. Bununla yanaşı, əgər kredit götürmüş abunəçi kredit borcunu öyrənmək istəyirsə, bunun üçün əlavə 5 qəpik "haqq” ödəməlidir.

"Bakcell”in fırıldaqlarını saydıqca bitmir. Burada diqqət çəkən məqamlardan biri də şirkətin bu fırıldaqlarla əldə etdiyi qazancdır. Sadə hesablama ortaya böyük məbləğlər çıxarır: mobil operatorun 2 milyona yaxın abunəçisi var. Gün ərzində hər bir abunəçinin hesabından ən azı 5 qəpik fırıldaqla çıxarılırsa, bu, hər gün 20 min AZN, hər ay 600 min AZN deməkdir. İl ərzində 7 milyon 200 min AZN qazanc. Bu təkcə "5 qəpik”lərin hesabına əldə olunan pullardır. Bura internet və digər xidmətlərdə fırıldaqla əldə olunan pulları əlavə etsək, "Bakcell” il ərzində abunəçilərinin təxminən 50 milyona qədər pulunu mənimsəyir.