Kreml: Qarabağın kimə məxsus olduğu məsələsi həll olunub
Kreml: Qarabağın kimə məxsus olduğu məsələsi həll olunub
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əsas məsələ həll olub, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.
“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll olunub, bu, Ermənistanın Qarabağı Azərbaycana məxsus olmasını tanınması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin olunub”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.