"Azəriqaz"ın "sayğac-laboratoriya" oyunu davam edir!


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabı üzərindən SOCAR Prezdenti Rövşən Nəcəflə müraciət edib. 
Tanınmış hüquq müdafiəçisi müraciətində bildirir ki, SOCAR-ın "Azəriqaz" İB-ə 01 noyabr 2019-cu ildən Ruslan Əliyev baş direktor kimi rehberlik edir: "Həmin müddətdən milyonlarla istehlakçının əsasız olaraq "Azəriqaz" İB tərəfindən Standart Laboratoriya keçməklə Qoyulmuş Sayğaclar kütləvi şəkildə dəyişdirilir və birmənalı şəkildə bütün dəyişən sayğaclarda güya “laborator” qaydada itkinin olduğunu bildirerek yüksek mebləğdə əlavə ödəniş (yəni cərimə) yazılır və dərhal da sistemə otuzdururlar. Əlavə ödəniş yazılan vətəndaş də qaz istifadəçisi kimi hesabına vəsait ödəyən kimi dərhal həmin pul "Azəriqaz" İB-nın cərimıdonə yönəlir. Bir anlıq təsəvvür edin, milyonlarla abuneçi sayqacı məcburi - daha doğrusu bəhanə ilə dəyişən zaman (868, 1276, 670 manat və s. məbləğlərdə) əksər abunəçi bu cür məbləğlərlə yüklənmə, nəticədə alınan yekun məbləği təsəvvür etmək belə insanın başını gicəlləndirir. Bir onu nəzərə alın kı, "Azəriqaz" İB abunetlərinin sayı bir neçə milyondur. Sayğacı laborator müayinədən keçirib quraşdıran da özü, sonradan sayğacı laborator qaydada yoxlayıb, guya düzgün işləmədiyinə görə itkinin olduğunu təsdiqləyən də özü - yazıq camahat məttəl qalıb.
Əvəzində nə ilə rastlaşırıq? Əlahəzrət, Ruslan Əliyev öz piyarına babat maya buraxır. Müxtəlif kənd-qəsəbələrdə güya vətəndaşları ayaqüstə dinləyir, özünü qayğıkeş rəhbərə bənzədərək, şəxsinin ictimayətin gözünə soxub, Öz piar və reklamını sosial şəbəkədə, KİV-də yüksək səviyyədə qurmağı bacararam, öz əməllərini tam şəkildə pərdələyir.
Hörmətli Rövşən müəllim! Siz SOKAR-ın prezdenti olmamışdan əvvəl İqtisadiyat Nazirinin birinci müavini olmusuz və əsas fəaliiyət istiqamətini də istelahçıların hüquqlarının müdafiəsi olub. Təssüflər olsun ki, bu günə qədər Ruslan Əliyevin istehlakçıların hüquqlarını pozan özfəalliyətinə biganə qalmısınız. Minlərlə istehlakçı vətəndaşı narazı salmağa heç kəsin haqqı yoxdu. Hörmətli Ruslan müəllim öz reklamına ayırdığı vaxtın 1/10 hissəsini sayğac oynuna ayırsa, məncə daha səmərəli olar".
P.S. Bunlar Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün araşdırma materialı sayıla bilər.