Gürcüstana nə qədər yanacaq satırıq

 

 

Son 1 ayda Gürcüstanda yanacağın qiyməti kəskin şəkildə artıb.

Neft idxalçıları bunu Rusiyadan yanacağın ixracına müvəqqəti qadağa qoyulması ilə əlaqələndirirlər. Saxstatın məlumatlarına görə, 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstana ümumilikdə 916 759 ton (716 219 milyon ABŞ dolları dəyərində) yanacaq daxil olub ki, bunun da demək olar ki, 68%-i Rusiyanın payına düşüb.

Bu ilin 8 ayında yanacaq idxal edilən ilk 5 ölkə isə aşağıdakılardır:

● Rusiya - 622 697 ton (435 049 milyon ABŞ dolları) - Gürcüstan Rusiyadan 1 ton yanacağı orta hesabla 698,6 ABŞ dollarına, litrini isə 0,69 ABŞ dollarına alıb;

● Rumıniya - 116 833 ton (100,328 milyon ABŞ dolları) - orta hesabla 1 ton, 858,7 ABŞ dolları - 1 litr 0,85 ABŞ dolları;

● Azərbaycan - 52 945 ton (52 945 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 829,9 ABŞ dolları, 1 litr 0,82 ABŞ dolları;

● Türkmənistan - 48 893 ton (39 547 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 808,8 ABŞ dolları, 1 litr 0,80 ABŞ dolları;

● Belarus - 16,686 ton (13,063 milyon ABŞ dolları) – orta hesabla 1 ton, 782,9 ABŞ dolları, 1 litr 0,78 ABŞ dolları.