İrəvanda keçirilən etiraz aksiyasında Paşinyana 10 gün vaxt verildi

 

Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər.

Bu barədə İrəvanda hökumət evi qarşısında keçirilən etiraz aksiyası zamanı bildirilib.

Hərəkatın liderlərindən olan Andranik Tevanyan deyib: “Biz bütün qüvvələrimizi birləşdirməliyik ki, oktyabrın 5-nə qədər Paşinyan istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün daha hansı qanlı sənədləri imzalamağa hazırlaşır. Biz buna imkan verməməliyik”.

Etirazçılar sentyabrın 26-da etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.