İcbari sığorta işçiləri necə qoruyur?

Bu qanunu nə dərəcədə humanist və ya ədalətli qanun hesab etmək olar?

"Sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda onun vərəsələrinə - birdəfəlik sığorta ödənişi-sığorta olunanın orta aylıq əmək haqqının 12 misli məbləğində ödənilir".
Bu, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununda" nəzərdə tutulur.
Təsəvvür etmək çətin deyil: bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində işçi vəfat edir, ailə hətta ola bilər ki, ailədə işləyən və ya əmək haqqı gətirən ailə başçısını kiminsə günahı üzündən itirir, buna görə ölümündən sonra onun vərəsələrinə əmək haqqının 12 mislində sığorta haqqı ödənilir.
Hətta nəzərə alınmır ki, ailə başçısı ailəsinə yalnız əmək haqqı gətirmir, eyni zamanda o həm də ailənin başçısıdır, məişət, ailə, sosial və digər sahələrdə də ailəni idarə edən bir şəxsdir, bütün bunları itirən vərəsələrinə və ya ailə üzvlərinə isə yalnız əmək haqqının 12 misli məbləğində sığorta pulu ödənilir.


Azər Quliyev.