Qarabağı tərk edən ermənilərin sayı açıqlanı

 

Ermənistan hökumətinin məlumatına görə, son bir neçə gün ərzində 75000-dən çox erməni Qarabağ bölgəsindən Ermənistan ərazisinə daxil olub.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Ermənistan tərəfinin idfiasına görə, Dağlıq Qarabağda 120 minə yaxın erməni yaşayırdı.

Xatırladaq ki, Azərbaycanın bu bölgədə apardığı antiterror əməliyyatından sonra Qarabağ bölgəsinin etnik erməni əhalisi bölgəni tərk etməyə başlayıb.

Ermənistana köçən etnik ermənilərin sayı Azərbaycan hökumətinə də bəllidir. Çünki köçənlərin hamısı "Laçın" SKM-dən keçib. Lakin hələ Azərbaycan hökuməti rəsmi say açıqlamayıb. 

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev, dəfələrlə çıxışlarında bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların dinc şəraitdə yaşaması üçün bütün lazımi vasitələrdən istifadə ediləcək.