Millət vəkili Qənirə Paşayeva son mənzilə yola salındı
Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər. Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra onun cənazəsi İkinci Fəxri Xiyabanda dəfn edilib.
Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.